Nida.az
Putin prezidentləri qaydasız döyüşə baxmağa niyə aparmışdı? – İddia
“Putinin Qarabağla bağlı vasitəçiliyi nöqsanlıdır. O, Soçidə Azərbaycan və Ermənistan prezidentlərini qaydasız döyüşü izləməyə apardı. Halbuki, bu döyüşdə qayda yoxdur, ən güclü qalib gəlir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın məşhur politoloqu Viktor Loşak Soçi görüşü və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları şərh edərkən deyib.
V.Loşak Qarabağda baş verənlərin mahiyyətini açıq şəkildə dilə gətirib: “Bu, deportasiya, insanların öldürülməsi, dinc əhalinin qaçqın düşməsidir. Təəssüf ki, 1987-ci ildə Rusiyada jurnalistlər də, siyasətçilər də Qarabağda baş verənlərə səthi yanaşaraq hakim rolunu oynamağa çalışdılar. Əgər Soçi görüşünün son günlər cəbhə xəttində artan gərginliyin sakitləşməsinə səbəb olduğunu görmürüksə, deməli, yenə də səthi yanaşırıq”.
Politoloq qeyd edib ki, 1988-ci ildə deputat Qalina Starovoytova
Dağlıq Qarabağ məsələsində hüquqi çərçivə formalaşdırdı: “Onun
müdafiə etdiyi və Ermənistanın istifadə etdiyi öz müqəddəratını
təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə açıq-aşkar
zidd idi. Elə buna görə də Azərbaycanın erməni qoşunu tərəfindən
işğal olunan ərazilərin qaytarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının qətnamələri İlham Əliyevin əlində kozırdırtəzyiq
vasitəsidir”.
Onun fikrincə, Rusiyanın burada yanaşması ziddiyyətlidir.
“Belə ki, Rusiya Çeçenistanın ayrılmaq istəklərinə qarşı olduğu üçün Azərbaycanın tərəfini tutmalı idi. Lakin Krımı özünə birləşdirməklə Ermənistanın mövqeyinə yaxınlaşdı. Məhz buna görə də Rusiyanın yanaşması qüsurludur”, - deyə Loşak bildirib.
Asif
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?