Erkin Qədirlinin “həbs müddəti” bitdi: “Xüsusi nəsə olmayacaq”
Bizi izləyin

Nida.az

Erkin Qədirlinin “həbs müddəti” bitdi: “Xüsusi nəsə olmayacaq”

REAL (Respublikaçı Alternativ) hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirliyə təşkilatın adından danışmaqla bağlı qoyulan 3 aylıq qadağa bu gün başa çatır.

Məsələ ilə bağlı hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirmişdi ki, qoyulan qadağaya səbəb E. Qədirlinin avtoritarizmlə bağlı dedikləri olub. Onun sözlərinə görə, E. Qədirliyə sözlərini geri götürməklə bağlı təklif edilsə də, bundan imtina etdiyi üçün üzərində 3 aylıq susmaq həbsi qoyulub.

Publika.az-a açıqlamasında E. Qədirli “həbs müddəti”nin başa çatdığını və onun hüquqlarının sabahdan etibarən bərpa olunacağını deyib.

“Lakin bundan sonra nizamnaməyə zidd açıqlamalar verməyəcəm. Digər tərəfdən, elə bir xüsusi açıqlamalar da olmayacaq. Mən, adətən, düşündüyümü deyirəm və bunu hərəkatın adından təqdim edirlər. Amma hərəkat hansısa məsələyə münasibəti bəyanatla, ümumi açıqlama ilə bildirir. Bundan sonra yenə də fərd olaraq öz mövqeyimi bildirəcəm, amma hərəkatın mövqeyi barədə nizamnamə çərçivəsində danışacam”, - o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm