Müxalifəti Rəsulzadə belə birləşdirə bilmədi
Bizi izləyin

Nida.az

Müxalifəti Rəsulzadə belə birləşdirə bilmədi

Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra Rəsulzadənin abidəsini ayrıca ziyarət edəcəyi ilə bağlı qərar vermişdi.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130 illiyik yubileyi ölkədə anılıb. Rəsulzadə-Elçibəy yoluna iddia edən müxalifət də hər kəs kimi Rəsulzadənin Novxanıda yerləşən abidəsini ziyarət edib. Amma Rəsulzadə irsini daşıdığını iddia edən Müsavatla, Elçibəyçilər, daha doğrusu Milli Şura ziyarəti birlikdə deyil, ayrı-ayrılıqda ediblər. Müsavat ziyarəti öncə həyata keçirib, Milli Şura isə Müsavatın ziyarəti başa çatdırmasını gözləyərək, onun ardınca Rəsulzadənin abidəsinə baş çəkib. Maraqlıdır ki, Rəsulzadə də, Elçibəy də hər zaman birliyin tərəfdarı idi. Biri Azərbaycan respublikasını qurdu, biri bütöv Azərbaycan uğrunda vuruşdu. Onun yoluna iddia edənlərin bundan əvvəlki deyil də, məhz bu gün etdikləri “bu yola iddia etmələrinə nə qədər haqları çatır” sualını ortaya çıxartdı.

Ziyarətlər zamanı diqqətçəkən məqamlardan biri hər iki tərəfin möhtəşəmlik uğrunda mübarizə aparması idi. Milli Şura Müsavatı, Müsavatı Milli Şuranı üstələməyə çalışır, biri say çoxluğuna, digəri keyfiyyətə üstünlük verirdi. Say baxımından Milli Şura çoxluq təşkil etsə də, Rəsulzadənin silahdaşı Cəmil Ünal və nəvəsi Rəsi Rəsulzadənin müsavatın yanında olması müsavatçılara üstünlük verirdi.

Milli Şuranın ziyarətində isə diqqət çəkən məqamlar var idi. Belə ki, Əli Kərimli, Cəmil Həsənli, Mirmahmud Mirəlioğlu Milli Şuranın liderləri olaraq ziyarətə qatılıblar. Lakin “El” hərəkatı ziyarətə qatılmayıb. Onlar da abidəni ayrıca olaraq ziyarət edəcəklərini açıqlayıblar. Sülhəddin Əkbər isə səhhəti ilə bağlı olaraq ziyarətə qatılmayıb.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra Rəsulzadənin abidəsini ayrıca ziyarət edəcəyi ilə bağlı qərar vermişdi. “El” hərəkatının rəhbəri də Eldar Namazov da Milli Şuranı tərk edib.
Görünür müxalifəti Rəsulzadə belə birləşdirə bilmədi. Bəs onları kim və hansı dəyərlər birləşdirir?

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm