• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sensasion açıqlama: “Putin üçün bundan böyük hədiyyə ola bilməz”

  • Nida.az
  • 13 Avqust 2014 15:43
  • 3 568 Baxış
Sensasion açıqlama: “Putin üçün bundan böyük hədiyyə ola bilməz”

“Rusiya Qarabağda böyük müharibəyə hazırlaşır. Əsas istək budur, cəbhədə atəşkəsin pozulmasının əsl səbəbi də bu idi”.

Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.

Politoloq hesab edir ki, Moskva Qarabağda genişmiqyaslı müharibə ilə dünyanın diqqətini Ukraynadan yayındırmaq istəyir: “Rusiya istəyir ki, müharibə olsun və dünya ondan müharibəni dayandırmağı xahiş etsin. Rusiya da bunun əvəzində “siz də Ukraynadan əl çəkin” deyə bilsin. Jirinovski demişkən, “Ukraynanı bizə verin”. Putinin də istəyi budur”.

Sabiq dövlət müşaviri müharibənin başlanması məqsədilə Azərbaycan əleyhinə bir çox istiqamətlərdən təbliğat aparıldığını vurğulayıb: “Kremlə yaxın siyasətçilərin apardığı əsas kampaniya bundan ibarətdir ki, Rusiyanın başı Ukraynaya qarışıb və Bakı ildırımsürətli müharibə ilə torpaqları geri qaytara bilər. Məqsəd bizi müharibəyə təhrik etməkdir. Putin üçün isə bundan böyük hədiyyə ola bilməz. Çünki Qarabağda başlayacaq müharibə Rusiyanın Ukraynadakı işini tamamlaya bilər”.

V.Quluzadə Azərbaycanı Rusiyanın bu siyasəti qarşısında ayıq olmağa çağırıb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR