Müsavatdan müşavir qalmaqalına reaksiya: “Heç kim onu partiyadan çıxarmayıb”
Bizi izləyin

Nida.az

Müsavatdan müşavir qalmaqalına reaksiya: “Heç kim onu partiyadan çıxarmayıb”

Müsavat Partiyası başqan müşaviri Hüseyn Məlikin istefasına münasibət bildirib.

Publika.az-a açıqlamasında Musavat Partiyasının başqan müavini Gülağa Aslanlı H. Məlikin partiyadan çıxarılması deyil, müşavir vəzifəsindən azad olunması barədə qərar verildiyini deyib.

“Başqanın istədiyi şəxsi vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti var. Bu səlahiyyət Müsavat Divanı ilə məsləhətləşmədən yerinə yetirilir. Ona görə də Müsavat Divanının məsələyə aidiyyəti yoxdur”, - G.Aslanlı bildirib.

H.Məlikin partiyadan istefa verməsində gəlincə, başqan müavini bunu həmin şəxsin öz hüquq olduğunu söyləyib: “Hüseyn Məliki heç kim partiyadan çıxarmayıb. Bu, onun öz qərarıdır. Amma istefa ilə bağlı hər hansı ərizə partiyaya daxil olmayıb”.

Qeyd edək ki, dünən H.Məlikin fəaliyyəti tənqid olunub və İ.Qəmbər tərəfindən müşavir vəzifəsinə xitam verilib. H. Məlik isə bundan sonra Müsavat Partiyasından ayrıldığını açıqlayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm