Ərdoğana təbrik, yoxsa Qarabağ mesajı?
Bizi izləyin

Nida.az

Ərdoğana təbrik, yoxsa Qarabağ mesajı?

Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğana təbrik məktubu göndərmək Ermənistan prezidenti Serj Sərkisyan üçün göydəndüşmə fürsət idi.

Azərbaycan torpaqlarının işğalına görə uzun illərdir sərhədlərin bağlı saxlanılması Ermənistanı acınacaqlı vəziyyətə salıb. İkitərəfli münasibətlərə, demək olar ki, son qoyulması Sərkisyan üçün Ərdoğana çıxış imkanlarının da tükədib. Bu baxımdan, təbrik sözləri altında xahiş və mesajını çatdırmaq üçün indiki məqam əlverişli idi.

Sərkisyan Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edərək məktubunda deyir: “Türkiyə prezidenti olduqdan sonra mən şübhə etmirəm ki, bizi ikitərəfli əlaqələrimiz ilkin şərt olmadan inkişaf edəcək”.
Sərkisyan “ilkin şərt” dedikdə Azərbaycanın işğal olunan torpaqların azad olunması ilə bağlı rəsmi Ankaranın şərtini nəzərdə tutur və “Qarabağ məsələsini bir kənara qoyaq” demək istəyir. Sarkisyan “ilkin şərt”in kənara qolulması üçün sanki acizanə şəkildə xahiş edir.

Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli S.Sərkisyanın təbrik məktubunu şərh edib.

Onun sözlərinə görə, təbrik məktubu Ərdoğanla qiyabi da olsa təmas yaratmaq üçün Sərkisyana lazım idi: “Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinə görə sərhədlər bağlanıb. Bundan da Ermənistan ciddi əziyyət çəkir. Sərkisyanın “ilkin şərt” açıqlaması da buna işarədir. Ola bilsin ki, qarşı tərəf də bu ifadəyə söykənərək yaxınlıq nümayiş etdirsin. Amma bu, gələcəyin işidir. Sərkisyanın təbrikini isə daha çox xahiş kimi qəbul etmək olar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm