ABŞ-ın Bakıdakı keçmiş səfiri: “Bu cavab Bakı və İrəvanı müharibəyə aparır”
Bizi izləyin

Nida.az

ABŞ-ın Bakıdakı keçmiş səfiri: “Bu cavab Bakı və İrəvanı müharibəyə aparır”

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son qarşıdurmalar diqqətləri Ukrayna böhranından yayındırmaq məqsədi daşıyırdı. Amma burada əsas məsuliyyətin tərəflərin üzərinə düşdüyünü hesab edirəm”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri məşhur amerikalı diplomat, 1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç deyib.

Sabiq səfir bildirib ki, hələ 1993-cü ildə - onun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması prosesində iştirakı zamanı Rusiya bölgədə təsir gücünü saxlamaq üçün müəyyən oyunlara gedirdi: “İndiyə qədər də bu oyun davam etdirilir. Hamı Moskvanın motivasiyası və niyyətlər haqda yaxşı bilir. Amma inanıram ki, münaqişə nə Azərbaycan və Ermənistan, nə də Rusiyaya əlverişlidir”.

Rusiyanın Qarabağ münaqişəsində vasitəçilik səylərini qiymətləndirən R.Kozlariç qeyd edib ki, Moskva bütün təsir vasitələrindən istifadə edir.

“Silah satışı, iqtisadi və energetika münasibətləri, erməni və Azərbaycan diasporları ilə manipulyasiya etmək, ABŞ və Qərb haqqında yalan kampaniyaları aparmaq və sair. Ən qəribəsi isə Ermənistan və Azərbaycanın müxtəlif yollarla Qərblə, ABŞ-la isti münasibətlərə can atmasıdır. İrəvan Avrasiya İttifaqına qoşulmaq qərarını verib. Azərbaycan Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan imtina edib. Qərb İrəvan və Bakıdan sakit olmağı xahiş edir, Minsk qrupu məsələyə qarışır, lakin bəzən bundan da imtina edirlər. Görünür, kimsə kibriti yandırır. Səfir Seyms Uorlik bu məsələdə diplomatik təklif verməkdə haqlı idi. Lakin silahlı qarşıdurma bu təklifə cavab idi. Bu isə müharibəyə aparır”, - deyə R.Kozlariç bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm