• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İntiqam Əliyevin həbsindən pul qazanmaq istəyən partiya sədri kimdir? – Şok İttihamlar

  • Nida.az
  • 14 Avqust 2014 13:39
  • 982 Baxış
İntiqam Əliyevin həbsindən pul qazanmaq istəyən partiya sədri kimdir? – Şok İttihamlar

“Əli Kərimli İntiqam Əliyev və digərlərinin həbsindən pul qazanmaq istəyir”.

Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin keçirdiyi görüşə AXCP sədri Əli Kərimlinin qatılmamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ə. Kərimlinin davranışı “keçi can hayında, qəssab piy axtarır” məsələsinə bənzəyir: “Bəzi siyasi liderlər insanların başına gələn faciələrdən divident qazanmaq istəyirlər. Əslində, həbs olunmuş istənilən şəxsi müdafiə etmək lazımdır. Bu, insanlığa aid olan məsələdir. Əli Kərimli isə hesab edir ki, Azərbaycanda kimsə həbs olunursa, müdafiəni yalnız o edə bilər. Məqsəd də budur ki, əgər onlara görə “sağ ol” deyiləcəksə, xaricdən yardımlar ayrılacaqsa, ona desinlər, yardımları da o alsın. Mən həmin iclasa getdim, Əli bəyi orda görmədim. Hətta zarafatla dedim ki, o, məni öz iclasından qovsa da, mən onun burada olmasının tərəfdarıyam. Çünki bu adamlar bizim qohum-qardaşımız deyil, bəziləri ilə heç üz-üzə də gəlməmişəm. Amma hamı bir nəfər kimi müdafiədə iştirak etməlidir. Əli Kərimli isə bizi o iclasa qatılmağımıza görə hökumətə işləməkdə ittiham edir. Görün bu, nə qədər absurd, ağıldankəm iddiadır”.

ADP sədri qeyd edib ki, Cəmil Həsənli də Əli Kərimlinin adamıdır. Onun sözlərinə görə, Ə. Kərimli nə deyirsə, C. Həsənli də onu deyir: “Ona görə də iclasda Cəmil Həsənli yox idi. Bütün məqsəd isə həbslərə görə xaricdən ayrılacaq yardımları almaqdır. Necə ki bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni məqsəd müdafiə etmək yox, müdafiə adı altında divident qazanmaqdır. Ona görə də başqalarının müdafiəsinə belə qısqanclıqla yanaşırlar”.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı ilə müxalifət həbslərlə bağlı bir araya gəlib. Lakin Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dəvət olunsalar da, toplantıda iştirak etməyiblər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR