Sabiq müşavirdən sərt sözlər: “Gülağa bəyin halına acıyıram”
Bizi izləyin

Nida.az

Sabiq müşavirdən sərt sözlər: “Gülağa bəyin halına acıyıram”

Müsavat Partiyasının başqanı İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlikin istefası bağlı yaranmış qalmaqal böyüyür.

Publika.az xəbər verir ki, H. Məlik başqan müavini Gülağa Aslanlının onun barəsində söylədiklərinə sərt reaksiya verib.

“Gülağa bəyin mətbuata verdiyi açıqlamada bildirilir ki, guya məlum bəyanatı kiminsə sözü və ya arzusu ilə vermişəm. Bildirirəm ki, həmişə öz sözümü demişəm və öz iradəmi ifadə etmişəm. Başqasının iradəsini ifadə etmək ənənəsinə sadiq qalan Gülağa bəyin halına və mövqeyinə yalnız acıyıram”, - deyə sabiq müşavir bildirib.
Qeyd edək ki, G. Aslanlı musavat.com-a açıqlamasında H. Məlikin istefa bəyanatını başqasının təsiri ilə verdiyini iddia edib. Başqan müavini publika.az-a açıqlamasında H. Məlikin partiyadan qovulmadığını, sadəcə olaraq, müşavir vəzifəsindən çıxarıldığını deyib.

H. Məlik isə müşavir vəzifəsindən çıxarılmamışdan öncə istefa verdiyini dilə gətirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm