“Minsk qrupunun adı var, özü yoxdur” - Çiçək əsgərlərimizi ziyarət edib
Bizi izləyin

Nida.az

“Minsk qrupunun adı var, özü yoxdur” - Çiçək əsgərlərimizi ziyarət edib

Spiker Cəmil Çiçək qəzzalı və azərbaycanlı yaralıları ziyarət edib.

Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Ankara Araşdırma Xəstəxanasına gələrək, Qəzzada İsrail bombardmanında yaralanan qəzzalıları ziyarət edib. Daha sonra yaralı Azərbaycan əsgərlərini yoluxan Çiçək bunları deyib:

“Qəzzalı və azərbaycanlı yaralılarımıza “keçmiş olsun” demək üçün bura gəlmişik. Azərbaycandan gələn yüksəkrütbəli hərbçi və əsgərlər müalicə olunur. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymayan mövqeyi üzündən 1 milyondan çox azərbaycanlı yerindən-yurdundan didərgin salınıb. Bu qaçqınlar böyük problemlər içərisində yenə də yaşamağa çalışırlar. Amma bu, dünyanın vecinə deyil. Beynəlxalq təşkilatlar bir neçə gün danışır, guya öz vicdanlarını rahatlatmaq üçün bir neçə bəyanat verir, vəssalam. Azərbaycanda olan problemləri yalnız onlar bilir və onlarla bərabər ağrını hiss edən biz də bundan xəbərdarıq. Minsk qrupu deyə bir qrup yaradılıb. Adı var, özü yoxdur. İnsanlar əzab çəkir. Yerlərindən, yurdlarından ediliblər. Bu qardaşlarımız da müalicə olunur. Biri ayağı kəsilmiş halda həyatına davam edəcək, digəri reanimasiyadadır”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm