Amerikalı diplomatdan xəbərdarlıq: “Səhv hərəkətlər vəziyyəti kəskinləşdirə bilər”
Bizi izləyin

Nida.az

Amerikalı diplomatdan xəbərdarlıq: “Səhv hərəkətlər vəziyyəti kəskinləşdirə bilər”

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələrini qiymətləndirərkən deyib.

Görüşü müsbət qiymətləndirən səfir prezidentlərin ötən ilin noyabrında Vyanada baş tutan görüşündən xeyli vaxt keçdiyini xatırladıb. “Soçi görüşü çoxdan gözlənilən idi və biz ümid edirik ki, yaxın vaxtlarda onlar yenidən görüşəcək. Əsas məsələlər üzrə irəliləyiş üçün bizə aktiv danışıqlar lazımdır”, - deyə səfir bildirib.

C. Heffern təmas xəttində gərginliyin aradan qalxması üçün sərt bəyanatlardan qaçmağın vacib olduğunu dilə gətirib: “Hər iki tərəf atəşkəs rejiminə əməl etməlidir. Səhv hərəkətlər vəziyyəti kəskinləşdirə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm