Qabil Hüseynli: “O, Qarabağ problemi üçün fərqli yol tutacaq”
Bizi izləyin

Nida.az

Qabil Hüseynli: “O, Qarabağ problemi üçün fərqli yol tutacaq”

“Ərdoğan ola bilsin ki, Ermənistanla münasibətləri normallaşdırmaq üçün sərhədi açsın, üstəlik, qondarma soyqırım məsələsində müəyyən güzəştlər etsin”.

Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə keçirilən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğandan gözləntiləri şərh edərkən deyib.

Politoloq hesab edir ki, Ərdoğan Qarabağ problemini həll etmək üçün fərqli yol tutacaq: “Güman ki, Ermənistanla sərhədləri açaraq ölkəyə iqtisadi yolla təsir gücünü artıracaq. Bu həm Ermənistanın Rusiya təsirindən xilas edilməsinə, həm də Qarabağ probleminin Azərbaycanın lehinə həll etmək imkanı yarada bilər. Hər halda, fərqli hadisələri izləyəcəyik”.

Sabiq dövlət müşavirinin sözlərinə görə, prezidentliyi dövründə Ərdoğandan böyük sensasiyalar gözləmək lazımdır: “O həm Türkiyəni, həm də Azərbaycanı heyrətləndirəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm