Nida.az
“Stratfor”dan şok Qarabağ proqnozu: “Əsas hədəf Azərbaycandır”
ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” avqustun 10-da baş tutan Soçi görüşü və Rusiyanın Qafqaz üzərindəki oyunları ilə bağlı maraqlı məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, “Stratfor” hazırda
Rusiyanın əsas hədəfinin Azərbaycan üzərində təsir imkanlarının
saxlamaq olduğunu yazır.
Moskvanın Azərbaycan və Ermənistan üzərindəki dominant mövqeyini
saxlamaq üçün separatçı Dağlıq Qarabağ bölgəsindən istifadə etdiyi
aşkardır.
Ukraynada Rusiyanın təsirinə etiraz davam etdiyi vaxtda keçmiş sovet sərhədlərində Rusiya və Qərbin rəqabətində Moskva Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən yararlanır. Həmçinin Bakı və İrəvan Moskva ilə münasibətlərdə risklərə getməkdən də çəkinir.
Rusiya Azərbaycanı ələ almaq üçün səylərini
genişləndirib
Ukrayna böhranına qədər Rusiya sovetlərin süqutundan sonra Qafqazda
çox yaxşı mövqelərə malik idi. Ermənistanda 5000 rus qoşunu var və
bu ölkə onun sadiq müttəfiqidir.
Gürcüstan nominal olaraq Qərbyönümlü idi, xüsusilə NATO-ya
inteqrasiya səyləri var. Çünki Rusiya hökumətə təzyiq edir, eləcə
də Abxaziya və Cənubi Osetiya ərazilərində Moskvanın hərbi
müdaxiləsi baş verib.
Azərbaycan Rusiyanın heç bir hərbi qüvvəsi olmayan yeganə Qafqaz
ölkəsidir. Lakin Bakı getdikdə enerji və regional xarici
siyasətində Moskvanın maraqlarını nəzərə almağa başladı.
İndi 6 aydır Ukrayna böhranı davam edir və bu müddətdə Qafqazda vəziyyət xeyli dəyişib.
Ermənistan Avrasiya İttifaqına daxil olmaq qərarı verib, lakin Rusiyaya nə qədər sadiq olsa da, rəsmi İrəvan Avropaya sövq edir. Düzdür, onun NATO ilə bağlantıları hələ də məhduddur.
Ukrayna böhranından sonra isə Azərbaycanın enerjisinin əhəmiyyəti artıb. Məhz buna görə, Rusiya Azərbaycanı ələ almaq və Qərbə meyillənmək addımlarının qarşısını almaq istiqamətində səylərini genişləndirib.
Birincisi, Rusiyanın neft nəhəngi Rosneftlə ARDNŞ arasında yeni müqavilələrlə Azərbaycanın enerji sektorunda əlaqələrini gücləndirib. İkincisi, Bakıya silah satışını artırıb. O cümlədən, təhlükəsizlik məsələləri üzrə böyük əməkdaşlıq variantları araşdırılır.
Nəhayət, Rusiya 1988-1994-cü ildə baş verən separatçı müharibə
ilə itirilən Dağlıq Qarabağ və ətraf rayonların bir neçəsini
Azərbaycana qaytarmaq istiqamətində diplomatik fəaliyyətə başlayıb.
Ərazilərini bərpası Azərbaycan üçün əsas strategiya olaraq qalır və
bu, Moskva təsirini onun üzərində artırır.
“Ukraynada zəiflik Rusiyanı Dağlıq Qarabağda təşəbbüsü
ələ almağa sövq etdi”
Ermənistan və Azərbaycan təmas xəttində 20 ildə aşağı intensivli toqquşmalar baş verirdi. Lakin avqustun əvvəlindən başlayaraq davam edən genişmiqyaslı əməliyyatlar Ukrayna böhranı fonunda təsadüfi ola bilməzdi. Burdan görünürdü ki, ya Rusiya Azərbaycana dəstəyi artırır, yaxud da münaqişənin qızışmasında maraqlıdır. Beləliklə, Rusiya regionda sülhün qoruyucusu obrazında çıxış etdi. Çünki Ukraynada zəiflik Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almağa sövq edirdi. Putin ayın 10-da bu məqsədlə prezidentlərlə Soçidə görüşdü. Liderlər arasında görüş standart bəyanatlarla müşahidə olundu.
Onlar münaqişənin sülh yolu ilə həllini istəyir və gələcəkdə danışıqların davam etdirilməsini vəd edirdilər. Qeyd etmək lazımdır ki, hər iki lider cəbhədəki gərginliyə görə bir-birini ittiham da etdilər. Həmçinin görüşün aurasından çıxan nəticəyə görə, regionda istənilən münaqişə Rusiyanın müdaxiləsi ilə həll oluna bilər. Bu da Rusiyanın təsir gücünü xarakterizə edir.
Bakı və İrəvana eyni diqqət: Moskva nəyə
çalışır?
Rusiyanın Ural silah zavodu bəyan edib ki, 2011-ci ildə əldə
olunmuş razılaşmaya görə, Bakıya yeni hərbi texnika partiyası
göndəriləcək. Bu, TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M
mühəndis-istehkam maşınlarının partiyasıdır.
Lakin Rusiyanın diqqəti təkcə Azərbaycana deyil, Ermənistana da yönəlib. Belə ki, təxminən eyni vaxtda Ermənistan enerji naziri bəyan edib ki, Rusiya Ermənistanda 4,9 milyard hesabına inşa ediləcək atom elektrik stansiyasının 35 faizini maliyyələşdirə bilər. Həmçinin, Dağlıq Qarabağla bağlı görüşdən sonra Sərkisyan bildirib ki, Ermənistan bu il imzalanacaq sazişlə Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Bu, Azərbaycana silah satışının fonunda diqqət çəkəndir.
Bu addımlar göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində
əvəzolunmaz hakim statusunu qorumaqla hər iki tərəflə sıx
əlaqələrini saxlamayaraq vəziyyəti idarə etmək
niyyətindədir.
Putin müharibə istəyirmi, yoxsa...?
Nəticə etibarilə, Rusiyanın marağı Qafqazda Qərbin nüfuz dairəsini
çərçivədə saxlamaqdır. Bu mövqe şübhəsiz ki, Ukraynadakı
məğlubiyyətlə bağlıdır. Moskva eyni prosesin Qafqazda yaşanmasının
qarşısını almaqla regionu əldə saxlamaq istəyir və bu istiqamətdə
iş aparır. Beləliklə, Rusiya irimiqyaslı müharibədən çəkinir. Ona
Dağlıq Qarabağda qaynar münaqişənin qalması sərf edir. Buna əsasən
də hər iki tərəflə iqtisadi və təhlükəsizlik əlaqələrini saxlayaraq
Azərbaycan və Ermənistan arasındakı gərginlikdən istifadə edir.
Asif Nərimanlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət