İŞİD azərbaycanlıları döyüşə çağırdı: “Sadəcə gəlin, sizi qarşılayacağıq”
Bizi izləyin

Nida.az

İŞİD azərbaycanlıları döyüşə çağırdı: “Sadəcə gəlin, sizi qarşılayacağıq”

“İraq Şam İslam Dövləti” (İŞİD) tərkibində döyüşən azəri camaatı yeni müraciət yayıb.

Publika.az-ın İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, Abu Musa ləqəbli azərbaycanlı döyüşçünün adından yayılan müraciətdə Azərbaycan müsəlmanları Suriya və İraqda döyüşə dəvət edilib.

“Sadəcə, təyyarəyə, yaxud da maşına minin və gəlin. Burada sizi qarşılayacağıq, inanın ki, heç bir problem yoxdur. Müsəlmanlar imanın olmadığı ölkələrdə yaşamamalıdır. Ey müsəlmanlar, oyanın!

Biz sizin qardaşlarınızıq, Azərbaycandanıq, mücahidlərik. Biz yalanların olduğu torpaqdakı qardaşlara, bacılara, hələ də din üçün əziyyət çəkənlərə təbriklər göndəririk. Allaha səmimi olaraq inanan o qardaş-bacılara demək istəyirik. Kim ki, Azərbaycanda, yaxud başqa ölkələrdə tağut (idarəetmə-red) qaydalarına uyğun yaşayır, onun dini Allahın tələb etdiyi kimi deyil. Çünki biz Allahın istəyi, peyğəmbərin əməl etdiyi kimi dinə tamamilə riayət etməliyik. Biz buradayıq, Allahın dininin olduğu yerdəyik. Allaha inanan və din yolunda əziyyət çəkənlər hicrət etməlidir. Azərbaycandan, eləcə də Rusiyadan sizləri bizə qoşulmağa dəvət edirik”, - müraciətdə deyilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm