Gülağa Aslanlıdan ittihamlara cavab: “Bu qərar müzakirə olunmur”
Bizi izləyin

Nida.az

Gülağa Aslanlıdan ittihamlara cavab: “Bu qərar müzakirə olunmur”

“Hüseyn Məlik mənim nə dediklərimi diqqətlə oxusun və ondan sonra danışsın”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyadan istefa verən sabiq müşavir Hüseyn Məlikin ittihamlarına cavab verərkən deyib.

Başqan müavini bildirib ki, onun H. Məlikin nə ərizəsindən, nə də bəyanatından xəbəri olmayıb: “Jurnalistin sualına cavab olaraq demişəm ki, mən faktlara əsaslanıram, kimin nə deməyinə fikir vermirəm. Bunun Hüseyn Məlikə heç bir aidiyyəti yoxdur. Mən onun getməsi haqda şərh verməmişəm, vermək fikrim də yoxdur”.


G. Aslanlı qeyd edib ki, H. Məlik partiyadan çıxarılmayıb: “Sadəcə olaraq, başqan onunla görüşərək danışıb və müşavir vəzifəsindən çıxarılması barədə qərarını verib. Bu qərar müzakirə olunmur, çünki nizamnaməyə görə yalnız başqanın səlahiyyətinə aiddir”.


Qeyd edək ki, Müsavatdan istefa verən H. Məlik G. Aslanlıya “onun halına acıyıram” deyərək ittihamlar səsləndirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm