Hafiz Hacıyev: “Ona görə də mənə “balıq Hafiz” deyirlər”
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev: “Ona görə də mənə “balıq Hafiz” deyirlər”

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin eks-spiker Rəsul Quliyevin 30 min dollar pulunu mənimsəməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Publika.az-a açıqlamasında MMP sədri Fuad Əliyevi “maşennik” adlandırıb.

“O, əvvəlcədən də "maşennik" olub, bu cür yolla dolanıb. İndi də bu əməllərini davam etdirir. Ancaq digər tərəfdən də həmin pullar Fuad Əliyevə halaldır. Çünki oğrudan oğruya halal sayılır. Rəsul Quliyev də oğrudur”, - H.Hacıyev deyib.

R.Quliyev və F.Əliyevi “yazıq məxluq” adlandıran partiya sədri onların Azərbaycanda yaşamağa mənəvi haqlarının olmadığını bildirib.

H.Hacıyev “Balıqçılıq haqqında” qanuna dəyişikliklərin tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanı barədə də danışıb: “Cənab prezidentimiz İlham Əliyev nə desə, onu dərhal yerinə yetirməyə hazıram. Heç kəs onun kimi uğurlu və uzaqgörən siyasət apara bilməz. Cənab prezident balıqçılığın inkişafı ilə bağlı da fərmanını yerinə yetirməyə hazıram. Çünki mən uzun illər balıqçılıq sahəsində rəhbər vəzifələrdə çalışmışam, bu sahəni dərindən bilirəm. Azərbaycanda balıqçılıq sahəsində ən yaxşı mütəxəssis mənəm, 14 il bu sahədə çalışmışam. Ona görə də mənə “balıq Hafiz” deyirlər. Balıqçılıq sahəsində elmlər namizədiyəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm