İsa Qəmbərə xəbərdarlıq: “Başqanlıqdan getməsə, Müsavat parçalanacaq”
Bizi izləyin

Nida.az

İsa Qəmbərə xəbərdarlıq: “Başqanlıqdan getməsə, Müsavat parçalanacaq”

“Müsavat Partiyasında baş verən son hadisələrdə məsuliyyət birbaşa İsa Qəmbərin üzərinə düşür. Baş verənlərə görə günahkar İsa Qəmbərin özüdür”.

Publika.az-a açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası daxilində baş verən hadisələri şərh edərkən deyib.

Partiya sədrinin müavini İsa Qəmbər illərdir ki, müxtəlif bəhanələrlə partiyanın qurultayını keçirmədiyini bildirib: “Baş verənlərin əsas səbəbkarı İsa Qəmbərdir. Artıq bir neçə ildir ki, partiya daxilində onun başqanlıqdan getməsini istəyən xeyli insan var. Hüseyn Məlikin istefası da İsa Qəmbərin bu addımına etirazdır. Artıq bu adamlar başa düşürlər ki, yaxın gələcəkdə İsa Qəmbərlə heç bir uğur qazanmayacaqlar. Yeni başqanla hansısa uğura imza ata biləcəyinə ümid edirlər. Əslində bu adamların yanaşması doğrudur. İyirmi üç ilə yaxındır ki, İsac Qəmbər başqan vəzifəsindədir və heç bir uğur əldə edilməyib. Eyni siyasət və uğursuzluq davam edir”.

BAXCP rəsmisi bildirib ki, İsa Qəmbərin qurultay keçirməyəcə halda partiya parçalanacağı barədə xəbərdarlıq edib: “Müsavatçılar İsa Qəmbərə sonuncu şansı veriblər. Sentyabrda qurultay keçirilməsə, partiya iki hissəyə parçalanacaq”.

N.Orduxanlı qeyd edib ki, partiya daxilindəki narazılıqlara baxmayaraq, İsa Qəmbər başqanlıqda qalmağa israrlıdır: “O, nəyin bahasına olursa-olsun başqanlıqda qalmağa çalışır. Hazırda partiya daxilində ikitirəlik yaranıb. Bir qrup partiyanın başqanlığına Arif Hacılının gəlməsinin tərəfdarıdır. Digər qrup isə İsa Qəmbəri dəstəkləyir. Bu şəxslərdən elələri var ki, İsa Qəmbərin başqanlıqdan gedəcəyi halda vəzifəsini itirəcəyini bilir. İsa Qəmbər partiyanın qurultayını yaxın vaxtlarda keçirməsə, daha çox qopmaların şahidi olacağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm