Nida.az
Əli Həsənov: "Bəzi QHT-lər Ermənistanın xüsusi xidmət orqanlarıyla əlaqələr qurub"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanı güclü, inkişaf etmiş, müasir və nüfuzlu ölkəyə çevirməkdir. Hesab edirik ki, son 10 ildə bu istiqamətdə mühüm uğurlar qazanılıb. Bunu AzərTAc-a müsahibəsində bu gün bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini və vətəndaş cəmiyyəti institutlarının sıxışdırıldığını iddia edilməsinə dair sualı şərh edərkən Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən
biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş
təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü
demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub. Bu
məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara
uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi
partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya
vasitələrinin inkişafına maneçilik törədən hallar aradan
qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib.
Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarının inkişafını
məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların
tələblərinin tez-tez pozulması - qeyri-şəffaflıq, maliyyə-uçot
sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub".
PA rəsmisinin sözlərinə görə, mövcud boşluqlardan istifadə edən
bəzi xarici və daxili dairələr Azərbaycanın milli
qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT
və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər
qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq
istiqamətləndiriblər: "Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər
"xalq diplomatiyası" adı altında işğalçı Ermənistanın xüsusi xidmət
orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq
əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə
çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki
şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə
arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz
qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını
təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni
tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət
orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin
dairələr tərəfindən "vətəndaş cəmiyyətinə basqı", QHT-lərin və
medianın fəaliyyətinin "məhdudlaşdırılması" kimi qələmə verilir,
Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil
olunur".
Ə.Həsənov hesab edir ki, bəzi Qərb dairələri, bir sıra xarici
təşkilatlar və media orqanlarının Azərbaycanda guya "avtoritar",
"diktatura" və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi
ilə bağlı iddiaları əsassız və qərəzlidir:
"Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan
vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət
göstərməsi üçün müvafiq şərait tam təmin edilib. Hökumətin əsas
tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu
kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində
demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və
bu sahədə qanunların aliliyi təmin edilsin. Qanunlar tələb edir ki,
QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun
qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin,
cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata
keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların
əlavəsinə, bəzi xarici dairələrin anti-Azərbaycan fəaliyyətində
ucuz alətə çevirmək istəyənlərə "Yox!" desinlər".
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı