• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ ölən erməni diversantla bağlı bəyanat yaydı

  • Nida.az
  • 16 Avqust 2014 14:12
  • 687 Baxış
ABŞ ölən erməni diversantla bağlı bəyanat yaydı

ABŞ Dövlət Departamenti Azərbaycanda qəfildən ölən erməni diversant Karen Petrosyanla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “ABŞ Azərbaycanda əsirlikdə olan Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirir. ABŞ Petrosyanın yaxınlarına baş sağlığı verir”.

Dövlət Departamanti Azərbaycan və Ermənistanı Beynəlxalq humanitar qaydalara əməl etməyə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə əsirlərlə görüşmə imkanının yaradılmasına çağırıb.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Əsgərlərimiz dəstənin 4 üzvü məhv edib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə sağ ələ keçirilmişdi. Lakin avqustun 8-də səhər saatlarında Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

Onu da bildirək ki, erməni hərbçilər ötən ay Kəlbəcərə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu tutublar. H.Həsənovun öldürüldüyü və Dağlıq Qarabağda dəfn edildiyi bildirilir. Lakin ermənilər bununla bağlı heç bir fakt ortaya qoymur. Ermənilər həmçinin Kəlbəcərə valideynlərinin qəbrini ziyarət edən Dilqəmlə Şahbazı diversant kimi qələmə verir.

ANS

Xəbər lenti

DAHA ÇOX XƏBƏR