Prezident təbrik etdi
Bizi izləyin

Nida.az

Prezident təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Qabon prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib.

Qabon Respublikasının milli bayramı münasibətilə prezidenti və xalqı öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını çatdırıb.

***

Azərbaycan prezidenti İlham Əliyev İndoneziya prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm