• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

YAP "Gənclər günü"nü qeyd etdi

  • Nida.az
  • 1 Fevral 2014 13:59
  • 681 Baxış
YAP "Gənclər günü"nü qeyd etdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirib.

Publika.Az-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, vitse-spiker Bahar Muradova, YAP icra katinin müavini Siyavuş Novruzov, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, media kapitanları və təşkilatın üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP GB sədri Seymur Orucov günü tarixi haqqında məlumat verib. O bildirib ki, bu günün əsası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə keçirilən Gənclərin I forumunda təsis edilib. Onun sözlərinə görə, dünya ölkələri aradında Azərbaycan ilk ölkədir ki, gənclər üçün xüsusi gün ayrılıb:" Bu günün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğısının əsas göstəricilərindən biridir. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə özünü göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı elm, təhsil, dövlətçilik, mədəniyyət, idman və digər sahələrdə özünü göstərir".

2 fevral " Gənclər günü" ilə bağlı bütün gəncləri təbrik edən S.Orucov hər kəsə uğurlar arzu edib.

Tədbirin davamında YAP GB-nin ötən ilki fəliayyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.

Daha sonra tədbirdə çıxış edən baş nazirin müavini YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu günün yaranmasından təxminən 20 il keçir: Tədbirin bu günə salınması da təsadüfi deyil. Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması , inikişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqmətimdə böyük işlər görülüb. Bu işlər bu gündə görülməkdədir. Bun gün ləyaqətli, dəyərli Azərbaycan mintalitetini mənimsəmiş, bu dəyərlər əsasında fəaliyyət göstərməyə hazır olan Azərbaycanın gələcəyini daha da inkişaf etdirmək zərurətini və məsuliyyətini dərk edən gəncləri nəsəlinin yetirişdiyini qeyd edirik. Onu da məmuniyyətlər qeyd etmək istəyirəm ki, Azərbaycanın dəyərli gənclərinin əhəmiyyətli hissəsi YAP GB-nin sıralarında yerləşib. YAP-ın 600 mindən çox üzvünün təxminən 40 faizini gənclər təşkil edir .Onlar yüksək təhsil və biliklərə yiyələniş, Ulu Öndər siyasətinə sadiq olan gənclərdir.Biz inanırıq ki, bungünkü Azərbaycan gəncliyi ölkəmizi ngələcək inkişafında öz məsuliyyətini dərk edir və zamanı gəlincə layiqincə yerinə yetirə biləcək".

Daha sonra çıxış edən Milli Məclisin vittse-spikeri Bahar Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb:" Yadımdadır ki, o zaman partiya yarananda da ora gənclər gəlirdi. Lakin o zamanın gəncləri ilə indiki gənclər arasında çox fərq var. Mən daha çox bugünkü gənclərə üstünlük verirəm. Bugünkü gənclik özünün parlaq dövrünü yaşayır. Müasir gənclərin özünə inamı bizdən daha böyükdür. Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti siz gənclərin üzərinə düşür. İnanıram ki, siz buna hazırsınız. Mən bu gün arxamda gəncliyi hiss edirəm. Düşünürəm ki, yaşlı nəsil öz yerlərini rahat şəkildə gənclərə verəcək. Çünki bugünkü gənclərə inam çox böyükdür. YAP GB gənclər təşkilatları arasındamöz işi və fəaliyyətinə görə fərqlənir və mən deyərdim ki ilk pillədə dayanır. Siz əldə etdiyiniz bütün uğurları öz zəhmətiniz sayəsində əldə etmisiniz. Bu sizin halal haqqınızdır. Mən bütün gəncləri bayram münasibətilə təbrik edirəm".

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, son 10 ildə gənclər sahəsinə yatırılan investisiya 100 dəfə artıb.

Daha sonra söz alan təhsil nazirinin müavini Ceyhun Bayramov ölkədə gənclərə təhsil alması üçün yaradılan imkanlardan danışıb. Onun sözlərinə görə, 2007-ci ildən etibarən həyata keçirilən xaricdə təhsil proqramı üzrə 2625 gənc bu imkandan istifadə ediblər.

Tədbirin davamında YAP GB-nin sədr müavini Samirə Quliyeva, AGAT-ın sədri Gülsel Səfərova çıxış edərək gəncləri bu gün münasibətilə təbrik ediblər.

Tədbirin sonunda bir qrup jurnalistə və ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR