• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“AXCP Müsavatı təftiş edir” – Yeni qalmaqal

  • Nida.az
  • 18 Avqust 2014 10:54
  • 615 Baxış
“AXCP Müsavatı təftiş edir” – Yeni qalmaqal

Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında uzun sürən səssizlikdən sonra qarşıdurma yenidən başlayıb.

Publika.az xəbər verir ki, Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli cəbhəçiləri onların işini təftiş etməkdə ittiham edib.

“Bəzi cəbhəçi dostlarımız bilərəkdən və ya bilməyərəkdən Müsavatın son addımlarını təftiş etməyə başlayıblar. Bu sözatmalar iki partiya arasındakı münasibətlərə heç də yaxşı təsir etmir. Bu təftişlərin nəticəsidir ki, həm Müsavat, həm də AXCP 20 ildir müxalifətdədir”, - o bildirib.

Müşavir təklif edib ki, enerjini iqtidara gəlmək üçün sərf etmək lazımdır: “Hakimiyyətə gəldikdən sonra isə iqballarla, əhməd oruclarla məsələni çürütmək asan olacaq”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR