“Naxçıvanın işğalı təhlükəsi var” – Vəfa Quluzadədən silahlanma çağırışı
Bizi izləyin

Nida.az

“Naxçıvanın işğalı təhlükəsi var” – Vəfa Quluzadədən silahlanma çağırışı

“Naxçıvanın işğalı təhlükəsi həmişə var. Buranı işğal etmək Azərbaycandan qisas almaq və güclü zərbə vurmaq üçün ən uyğun variantdır”.

Publika.az-a açıqlamasında bu sözləri sabiq dövlət müşaviri Vəfa Quluzadə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin bu gün Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.


“Rusiya erməni işğalı ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni kəsib. Lakin Naxçıvanın Türkiyə ilə sərhədi var. Naxçıvanı elə güclü müdafiə etmək lazımdır ki, ora heç kim müdaxilə etmək cəsarətində olmasın. Rusiya Türkiyə ilə sərhəddə yerləşən Gümrüdə hərbi baza yaradırsa, Türkiyə də Naxçıvanda hərbi baza yerləşdirməlidir”, - sabiq dövlət müşaviri qeyd edib.

V. Quluzadə bildirib ki, əgər bu baş verməsə, Naxçıvan əhalisi silahlandırılmalıdır: “Vaxtilə çar dövründə Rusiyanın bir çox əyalətlərində kazak dəstələri yaradılırdı. Yəni, əhali silahlandırılırdı. Hesab edirəm ki, Naxçıvan əhalisi silahlandırılmalı və həmişə döyüşə hazır vəziyyətdə saxlanılmalıdır”.


V. Quluzadə Avrasiya İttifaqına qarşı Cənubi Qafqaz ittifaqının mümkünlüyünü də istisna etməyib: “Azərbaycan, Türkiyə və Gürcüstanın sıx əlaqələri var. Bizim milli maraqlarımız tamamilə üst-üstə düşür. Məhz buna görə də Cənubi Qafqaz ittifaqı yarada bilərik. Avrasiya İttifaqından gələ biləcək təhlükənin qarşısını region ittifaqı ilə almaq olar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm