“Kaset şantajı İbrahim İbrahimliyə qarşı olub” – Şok açıqlama
Bizi izləyin

Nida.az

“Kaset şantajı İbrahim İbrahimliyə qarşı olub” – Şok açıqlama

1990-cı illərdə kaset şantajı Müsavat Divanının üzvü İbrahim İbrahimliyə qarşı olub.

Publika.az-a açıqlamasında bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ümid Partiyasının sədri İqbal Ağazadənin gündəmə gətirdiyi kaset qalmaqalı barədə danışarkən deyib.


Qeyd edək ki, İ. Ağazadə “Yeni Müsavat”a müsahibəsində 1993-cü ildə tanınmış bir müxalifət liderinin digər bir müxalifət liderini kasetlə şantaj etdiyini bildirib. Onun sözlərinə görə, şantaj qadınla danışığın lentə alınması ilə edilmişdi. Lakin o, həmin şəxsin kim olduğunu açıqlamayıb.

S. Cəlaloğlu da şantajı edən şəxsi açıqlamaqdan imtina edib. “Onu İqbal bəy açıqlasın. Mən sadəcə kimə qarşı olduğunu dedim. Bu, İbrahim İbrahimli idi. O, həmin vaxt AXC-yə sədrlik edirdi. Onu düşünülmüş şəkildə şantaj etdilər. İbrahim İbrahimli bundan sonra özü könüllü olaraq sədrlikdən getdi”, - deyə ADP sədri qeyd edib.

İbrahim İbrahimli isə məsələ ilə bağlı danışmaqdan imtina edib.

Qeyd edək ki, müxalifət düşərgəsində şantajı edən şəxsin AXCP sədri Əli Kərimli olduğu iddia olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm