Misirdən Ermənistana Qarabağ etirazı
Bizi izləyin

Nida.az

Misirdən Ermənistana Qarabağ etirazı

Misirdə fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədəki yerli və beynəlxalq təşkilatlara müraciət edib.

Publika.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara bəyanat ünvanlayıb.

Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində Azərbaycanın 13 hərbçisi həlak olub. Müraciətdə Ermənistan silahlı qüvvələrinin sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara atəş açması və bir nəfər yerli sakinin qətlə yetirilməsi xüsusi qeyd edilir.

Misirdəki Azərbaycan diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb. Bəyanat Misirdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına göndərilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm