Nazarbayevin İrəvana “Qarabağ əngəlinin” şok sirri
Bizi izləyin

Nida.az

Nazarbayevin İrəvana “Qarabağ əngəlinin” şok sirri


“Nursultan Nazarbayevin İlham Əliyevin istəyini nəzərə alaraq, Ermənistanın Avrasiya İttifaqına daxil olmasını əngəlləmək istəyi gələcəkdə bu ittifaqın türk birliyi formatına keçməsi perspektivindən qaynaqlanır”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Aykazn Qaqriyan çıxış edib.

Erməni politoloq bildirib ki, Gürcüstan Azərbaycana avrointeqrasiya təklifi edir. O, Tiflisin bu təklifi İrəvana etmədiyini bildirib: “Güman ki, Gürcüstan erməni biznesmenləri üçün Avropa bazarına çıxmaq üçün müharibə meydanı ola bilər. Hazırda isə Ermənistan-Gürcüstan münasibətlərinin gələcəyi naməlumdur. Məlum deyil ki, Ermənistan Avrasiya İttifaqının üzvü kimi Avropaya inteqrasiya yolunu seçmiş Gürcüstanla münasibətləri necə saxlayacaq. Gürcüstan sərhədi faktiki olaraq Avrasiya İttifaqı ilə Avropa Birliyinin azad ticarət zonası arasında sərhəd olacaq. Avrasiya İttifaqının Gürcüstana münasibəti siyasi olacaq və bu Belarus ilə Qazaxıstanın maraqlarına zidd olmayacaq”.

Aykazn Qaqriyanın sözlərinə görə, Nursultan Nazarbayev üçün İlham Əliyevin şərtini rədd etməmək son dərəcədə əhəmiyyətlidir: “Hesab etmək olar ki, Astana Ermənistan-Gürcüstan münasibətlərini Türkiyə-Azərbaycan blokadasında saxlamağa çalışacaq. Burada vahid türk birliyinin yaradılması ideyası əsasdır və Avrasiya İttifaqı perspektivdə bunun üçün müstəvi ola bilər. Düzdür, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Rusiya tərəfindən de-fakto reallaşdırılıb. Lakin türklərin bundan öz xeyirlərinə istifadə edəcəyi də istisna deyil”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm