ABŞ Azərbaycana gələn ay səfir təyin edə bilər
Bizi izləyin

Nida.az

ABŞ Azərbaycana gələn ay səfir təyin edə bilər

Bu ilin sentyabrında ABŞ Konqresində keçirilməsi planlaşdırılan dinləmələrdə Birləşmiş Ştatların Azərbaycana yeni səfiri təyin oluna bilər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb:

“Ancaq bu şəxsin Azərbayacana səfir kimi gəlib-gəlməməsi dinləmələrin nəticəsindən asılıdır”.

Səfirlikdən verilən məlumata görə, hazırda səfirin vəzifəsini ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan icra edir.

Xatırladaq ki, avqustun 1-də Riçard Morninqstar Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri vəzifəsini başa vurub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm