Türkiyə Soçidən sonra nə edəcək? – Vəziyyət Bakının xeyrinə dəyişə bilər
Bizi izləyin

Nida.az

Türkiyə Soçidən sonra nə edəcək? – Vəziyyət Bakının xeyrinə dəyişə bilər

“Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən sonra keçirilən Soçi görüşünə Türkiyənin mövqeyi çox sakit hiss olunurdu. Bunun isə ölkədəki prezident seçkiləri ilə bağlı olduğu güman edilir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri deyən erməni politoloq Musa Mikalyan Ankaranın bundan sonra nə edəcəyinin maraqla gözlənildiyini bildirir.

Erməni politoloq qeyd edib ki, Soçi görüşü ilə Rusiya Qafqazda hakim olduğunu nümayiş etdirdi. O, Türkiyənin buna qarşı addımlarının olacağını hesab edir: “Ankara Qafqazda yeni proseslərə təkan verərək Qərbə göstərəcək ki, regionda onun təsir imkanları qalır. Bu həm də Rusiyaya verilən mesaj olacaq. Ankara Moskvaya başa salmağa çalışacaq ki, regionda tək qalib olduğunu düşünməsin və Türkiyə amilini nəzərə alsın”.

Politoloq hesab edir ki, Ankara Rusiya amilinin artması fonunda regiondakı vəziyyəti dəyişmək üçün Qərbdən istifadə edə bilər. “Bu gələcəkdə vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsi deməkdir”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm