Nida.az
Gizli Cənubi Qafqaz danışıqları: Qərbin yeganə çıxış yolu nədir?
“Cənubi Qafqaz üzərində Qərb və Rusiyanın oyunları bağlı qapılar arxasında gedir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni politoloq İqor Muradyan deyib.
Onun sözlərinə görə, Soçi görüşü Rusiya prezidenti Vladimir Putinə regionda ağa olduğunu Qərbə göstərmək üçün lazım idi: “Çünki ABŞ Cənubi Qafqazda öz ssenarisinin icrasına başlamağa hazırlaşırdı. Putin bir növ bunun qarşısını ala bildi. Lakin bu o demək deyil ki, Amerikanın ssenarisi təxirə salınıb. Sadəcə olaraq, ABŞ və Rusiya çoxdandır ki, işgüzar əlaqələrə malik deyillər və bütün oyunlar bağlı qapılar arxasında gedir”.
Erməni politoloq iddia edir ki, regionda sakitlik Rusiyaya silah
satışı üçün sərf edir. “Hazırda Rusiya silahlarını Azərbaycana
satır. Gərginliyin olduğu vaxt bunu həyata keçirmək çətin idi.
Rusiyanın bu dəfə Ermənistanı xilas etdiyini deyənlər yanılırlar”,
- o bildirib.
İ. Muradyan deyib ki, Qərbin tək bir yolu var: “Bu da Cənubi
Qafqaz və Qara dənizdə öz hərbi gücünü möhkəmləndirməkdir.
Ermənistanın vəziyyətinə gəlincə, bir çox ağıllı insanlar
düşünürlər ki, yeganə çıxış yolu erməni-türk münasibətlərinin
yoluna qoyulmasıdır. Amma erməni-türk münasibətləri normal məcraya
yönələn vaxtda mütləq nəsə baş verir və bu, bizim Rusiyadan
asılılığımızı daha artırır. Qərb bizim Moskvadan asılılığımızı
azaltmaq istəyirsə, Türkiyə ilə bağlı oyunlara son verməlidir”.
Asif
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq