“Qərb yeni ssenarilər üzərində çalışır, Rusiya isə...” - Cəbhədəki sakitliyin sirri
Bizi izləyin

Nida.az

“Qərb yeni ssenarilər üzərində çalışır, Rusiya isə...” - Cəbhədəki sakitliyin sirri

Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra cəbhə xəttində vəziyyət normallaşıb. Rəsmi məlumatlara görə, son günlər atəşkəsin pozulması qeydə alınmayıb. Halbuki, indiyə qədər 100-dən çox bu cür fakt qeydə alınırdı.

Təbii ki, buna səbəb Soçidə prezidentlərin görüşündə vəziyyətin stabilləşdirilməsinə dair razılaşmadır. Amma bu vəziyyətin nə qədər davam edəcəyi sual altındadır. Çünki söhbət təkcə münaqişə tərəflərinin deyil, həm də Qərb və Rusiya maraqlarından gedir. Bu vaxta kimi hər iki qütb regionda Dağlıq Qarabağ münaqişəsindən öz maraqları çərçivəsində lazımınca istifadə edib. Moskva zaman-zaman cəbhədə gərginliyi artıraraq Bakıya təzyiqlərini gücləndirib. Qərb də münaqişənin həll olunmasında balansı dəyişdirməklə öz istəklərini diktə edib.

Hazırkı sakitliyi Soçi görüşü fonunda Kremlin qələbəsi hesab etmək olar. Lakin bu vəziyyətin Qərbə nə qədər sərf etdiyi naməlumdur. Buna görə də stabilliyin uzun müddət davam edəcəyi şübhələr doğurur.

Publika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırkı sakitlik həm Rusiya və Qərbə, həm də münaqişə tərəflərinə sərf edir.

“Rusiya öz gücünü nümayiş etdirməklə regiondakı sakitlikdən istifadə edir. Qərb yeni ssenarilər üzərində çalışır. Ermənistan və Azərbaycan da öz güclərini artırmaq və yeni planları həyata keçirmək üçün belə vəziyyəti dəstəkləyir”.

Politoloq hesab edir ki, bu vəziyyət müvəqqətidir. Onun sözlərinə görə, tərəflərdən hər biri, yaxud Qərblə Rusiya istədiyi zaman sabitliyi poza bilər: “Bu məsələdə xüsusilə Rusiyanın təsiri böyükdür. Moskva lazım olanda cəbhədə qarşıdurmanı başladacaq, hətta hərbi əməliyyatlar daha da genişlənəcək. Çünki hazırda Minsk qrupunun iştirak etmədiyi proseslərdən söhbət gedir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm