Əli Kərimlinin partiyasından yeni istefalar gözlənilir – Açıqlama
Bizi izləyin

Nida.az

Əli Kərimlinin partiyasından yeni istefalar gözlənilir – Açıqlama

“2013-cü il prezident seçkilərində acı məğlubiyyətindən sonra radikal müxalifətin cinahı iki hissəyə parçalanıb”.

Publika.az-a açıqlamasında bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı müxalifət düşərgəsindəki intriqaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli və İsa Qəmbər radikal müxalifəti parçalayan şəxslərdir: “Hazırda bu iki şəxs arasında münasibətlər çox gərgin vəziyyətdədir. Bu hallar daim seçkidən sonra baş verir. Bir-birini ittiham etmək, agent axtarışına çıxmaq, MTN və digər qurumlara işləməkdə ittiham etmək bu siyasi düşərgənin adətidir. Bunu qəsdən edirlər və məğlubiyyəti bir-birinin üstünə atırlar. Bu adamlar 23 ildir ki, siyasi məğlubiyyətlə üzləşirlər. Bu məğlubiyyətin əsas səbəbi apardıqları siyasətlə bağlıdır”.


BAXCP rəsmisi deyib ki, bir-birinə patoloji nifrət edən Əli Kərimli ilə İsa Qəmbər heç bir uğura imza ata bilməz: “Bütün bunların fonunda bu münasibətlər daha da gərgin vəziyyət alacaq və ittihamlar daha da sərtləşəcək. Son vaxtlar radikal müxalifətin yüksən vəzifəli şəxslərinin istefasının şahidi oluruq. Əli Kərimlinin müşaviri istefa verərək həmin düşərgəni tərk etdi. Əli Kərimlinin ətrafından yeni istefaların da baş verəcəyi gözləniləndir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm