NATO nümayəndəsi “Şok ARQO əməliyyatı”na aydınlıq gətirdi
Bizi izləyin

Nida.az

NATO nümayəndəsi “Şok ARQO əməliyyatı”na aydınlıq gətirdi

NATO-nun Bakı İnstitutunun rəhbəri Fərrux Məmmədov “Azərbaycanda ARQO əməliyyatı” barədə maraqlı açıqlama verib.

Publika.az-a açıqlamasında F. Məmmədov bildirib ki, “ARQO” düzgün olmayan situasiya nəticəsində ortaya çıxan bir əməliyyat idi.

“Mən yazı ilə tanış oldum. İlk öncə bunu yazan jurnalistə araşdırma və analiz qabiliyyətinə görə təşəkkür edirəm. Biz qlobal dünyanın kiçik bir hissəsiyik. Burada hər gün bir hadisə baş verir. Biz bəzən bunların seyrçisi, bəzən də iştirakçısı oluruq. Bu gün ümumilikdə proseslər sürətlə gedir və dəyişir. Önəmli olan düzgün mövqedə olmaqdır. “ARQO” düzgün olmayan situasiya nəticəsində ortaya çıxan bir əməliyyat idi. Cəmiyyətdə demokratiya olarsa, “ARQO”lara da ehtiyac olmaz”, - deyə NATO nümayəndəsi bildirib.

F. Məmmədov yazdığı statusla E.Hüseynovun yoxa çıxması arasındakı paralelliyi nə təsdiq, nə də təkzib edir.

Qeyd edək ki, yayılan xəbərlərdə ABŞ səfirinin xidməti maşınında E.Hüseynovu Gürcüstana apardığı, oradan da Osloya yola salındığı deyilir.

“Yeni Müsavat” qəzetində gedən məqalədə F.Məmmədovun “Dəyərli dostlar. Yəqin ki, “Arqo” filminə baxmısınız. Həmin filmdə İran İslam İnqilabından sonra Amerika diplomatlarının İrandan necə çıxarılmaları əks olunub həmin filmdə. Bu hadisələr reallıqda baş verib və daha sonra film kimi çəkilib. Bu, demək olar ki, CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) ən uğurlu əməliyyatlarından biridir. Hətta film Oskar mükafatı alıb. 10 ildən sonra Azərbaycanla bağlı belə bir film çəkilsə, heç də təəccüblənməyin” sözlərinə istinad edilir və “ARQO” əməliyyatının Azərbaycanda keçirildiyi iddia olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm