• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Köç, yoxsa İŞİD-in əli ilə demoqrafik əməliyyat?

  • Nida.az
  • 20 Avqust 2014 11:34
  • 1 355 Baxış
Köç, yoxsa İŞİD-in əli ilə demoqrafik əməliyyat?

“İraq Şam İslam Dövləti” (İŞİD) İraqda yalnız xaos və dəhşətlərə səbəb olmur. Hər şey illər öncə hazırlanan plan çərçivəsində baş verir və bu gün davam edən köç demoqrafik layihənin tərkib hissəsidir.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Türkiyənin “Aksion” jurnalı çıxış edib.

Jurnal yazır ki, İraqda 10 milyon vətəndaş doğma yurdundan köçməyə məcbur olub. Təhdidlər artır, etnik və məzhəblərarası parçalanma getdikcə genişlənir. Türkiyə nəşri iddia edir ki, İŞİD faktoru bölgənin etnik mənzərəsini dəyişmək üçün əvvəldən hazırlanan plandır. İŞİD adı ilə terror aktları törədən təşkilat böyük bir dövlətin, demək olar ki, hər yerində xaosa səbəb olub. İraq hər keçən gün daha da sarsılır və görünməyən bir köç yaşanmaqdadır.

Rəsmi məlumatlara görə, 10 milyondan çox insan ölkə daxilində bir yerdən başqa yerə köçür. Türkiyə, İran, Suriya və digər ölkələrə gedənlər isə bu rəqəmlərə daxil deyil. Beləliklə, demoqrafik problemlə üz-üzə qalan bölgədə etnik quruluş dəyişir.

Şiələr, sünnilər, kürdlər, ərəblər və yezidilərin hər biri bir əraziyə toplanır və bununla da homogen bölgələr yaradılır. Köç müddətində xristianlar da paylarına düşəni alır. Bu sanki həyatda qalmaq mübarizəsidir. Lakin həqiqət fərqlidir. İŞİD-in hücumu ilə insanlar öncədən planlaşdırılan yerlərə köçməyə məcbur edilir. Dünya isə hazırda təkcə yezidilərin faciəsindən danışır. Halbuki ərəblər, türkmanlar, xristianlar və kakailər kimi qruplar da bənzər problemlərlə qarşı-qarşıya qalıblar.

Köç zamanı yolda xəstəliklər və ölümlər baş verir. Təbii ki, İŞİD-in gülləsinə hədəf olma təhlükəsi də hər zaman qalır. İraqın ən sabit şəhərləri olan Ərbil və Süleymaniyə də bu köç dalğasından kənarda qalmayıb.
Ərbil küçələrində, parklarında ən azı şəhərin əhalisi qədər immiqrantlar var. Süleymaniyədə də belədir.
Xalid Salam da köç edənlərdəndir. O, sünni bir ərəbdir. Mosul yaxınlığındakı bir kənddən köçüb. Ailəsi ilə birlikdə Bağdad yaxınlığında sünni bir kəndə getmək niyyətindədir. “Burada söz-söhbətlər gəzir ki, İŞİD-ə ərəblər kömək edir. Düzdür, kömək edənlər var, amma çoxu bunu etmir. Bizim qohumlarımız da İŞİD tərəfindən öldürüldü. Qızlarımız qaçırıldı”, - deyə o bildirir.

İnsanlar ərəblərə qarşı çox qəzəblidir. Sünni ərəblər Kərkük və Bağdada üz tuturlar. İŞİD-in birbaşa hədəfə aldığı şiələr isə qaçmaqda davam edirlər. Şiə, türkman və ərəblərin hamısının ünvanı birdir: Kərbəla, Nəcəf və Bağdad. Şiələlik burada etnik şəxsiyyətdən yüksəkdə dayanır. Şiə türkmanların 50 faizi şiə bölgələrinə üz tutub. Şiə ərəblər də öz yurdlarından ayrılıb. Son günlər ən böyük problemi kürdlər yaşayır. İŞİD yezidilərin sığındığı Şengal bölgəsində hücum edib. Şengalda qaçan yezidilər Türkiyə və digər ölkələrə qaçırlar.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR