Arif Hacılı və Qubad İbadoğlu aralarındakı “dava”dan danışdılar
Bizi izləyin

Nida.az

Arif Hacılı və Qubad İbadoğlu aralarındakı “dava”dan danışdılar

Dünən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında qalmaqal yaranıb.
Yayılan xəbərlərə görə, başqanlığa əsas iddialılar olan Arif Hacılı ilə Qubad İbadoğlu arasında baş verən qalmaqal əlbəyaxa davaya qədər gedib çıxıb.

A.Hacılı Q.İbadoğluya “Sən QHT sektorundan qazanırsan, partiya üçün heç nə etməmisən” deyib. Qarşı tərəf İsə “sənin hansı banklarda pulun olduğunu açıb-tökərəm” cavabını verib.

Publika.az yayılan xəbərlə bağlı adıçəkilən şəxslərdən münasibət öyrənib.

Q.İbadoğlu xəbərin uydurma olduğunu bildirib. Onun sözlərinə görə, A.Hacılı ilə münasibətləri normaldır və heç vaxt bu formada konflikt baş verə bilməz. “İclas normal şəkildə baş tutub. Qarşılıqlı fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, bu cür xəbərlərin yayılması Müsavatın gözdən salınması məqsədi daşıyır”,- deyə o bildirib.


A. Hacılı da yayılan xəbərləri təkzib edib. Xəbərləri yayanları səviyyəsiz adlandıran müsahibimiz Müsavat Partiyasının demokratik bir təşkilat olduğunu deyib: “Burada bütün müzakirələr, mübahisələr demokratik şəkildə aparılır. Hər kəs qarşıdakı şəxsin fikrinə hörmət edir. Bu cür xəbərlərin yayılması Müsavata qarşı kampaniyadır. Bu da onların səviyyəsini göstərir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm