Eldəniz Quliyev: “İqbal Ağazadə parlamentdə belə danışa bilmir” – Qalmaqal
Bizi izləyin

Nida.az

Eldəniz Quliyev: “İqbal Ağazadə parlamentdə belə danışa bilmir” – Qalmaqal

“Bu gün Azərbaycanın müxalifət düşərgəsində əlində möhür tutaraq ucdantutma hamını möhürləmək düzgün deyil”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Şura üzvü Eldəniz Quliyev İqbal Ağazadənin müxalifət barəsində yazısını tənqid etdiyinə görə Ümid Partiyasının ona verdiyi cavabı şərh edərkən deyib.

E.Quliyev İ.Ağazadə ilə qarşıdurmaya getmək fikrinin olmadığını bildirib: “Sadəcə olaraq bildirdim ki, əgər mübarizə aparılacaqsa, tənqid ediləcəksə, bunu daha çox iqtidara qarşı etmək lazımdır. İqbal Ağazadə müxalifət barədə işlətdiyi kəskin sözləri heç vaxt nə parlamentdə, nə də digər yerdə səsləndirməyib. Heç vaxt bu cür söhbət edə bilməyib. Mənim fikrimcə, əgər söhbət müxalifətin birləşməyindən, həbslərlə bağlı birgə mövqe sərgiləməyindən, ümumilikdə ölkənin demokratikləşməsindən gedirsə, o halda İqbal Ağazadə öz yazısında korrektə etməlidir”.


Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətlə bağlı yazısında kəskin tənqidi fikirlər səsləndirib. Yazıya münasibət bildirən E.Quliyevi isə Ümid Partiyası görməməzlikdə ittiham edib.

Partiyanın cavabında bildirilib ki, bu yazı qrup mənafeyinə xidmət edən bəzi şəxslər tərəfindən yenə qərəzli şəkildə qiymətləndirilməyə çalışılır, bir çoxları öz aləmlərində suallar yaradır.

Daha sonra partiya “Youtube” bir neçə linki təqdim edərək E.Quliyevə onlara baxmağı tövsiyə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm