• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivi müzakirə olunub

  • Nida.az
  • 2 Fevral 2014 16:22
  • 384 Baxış
Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivi müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Publika.az Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-ABŞ arasında ikitərəfli məsələlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR