• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kremlin “miqrant ordusu” Bakıya nə vəd edir? – Təhlükə anonsu

  • Nida.az
  • 21 Avqust 2014 12:33
  • 646 Baxış
Kremlin “miqrant ordusu” Bakıya nə vəd edir? – Təhlükə anonsu

Xəbər verdiyimiz kimi, Rusiya bu ölkədə yaşayan miqrantlara vətəndaşlıq verilməsi qarşılığında onları orduya dəvət edir. Bununla bağlı qanun layihəsi də hazırlanıb. Layihə hazırda ictimai müzakirə mərhələsindədir. Nəzərə alsaq ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı miqrant da yaşayır, gələcəkdə bunun bizə təsir perspektivləri indidən görünür.

Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Çar Rusiyası dövründə qeyri-ruslar, xüsusilə qafqazlılardan ibarət hərbi birləşmələrin fəaliyyət göstərdiyini bildirib.

Politoloq Zaqafqaziya ordusunun öz qəhrəmanlığı ilə xüsusi seçildiyini deyib. Q.Hüseynli Rusiyanın köhnə ənənəni qaytarmaq istədiyini qeyd edib: “Yəni Rusiyada yaşayırsansa, imtiyazlardan istifadə edirsənsə, hərbi mükəlləfiyyətin də olmalıdır. Burada səbəblərdən biri, Rusiyada orduya yararlı əhalinin sürətlə azalmasıdır. Narkotik maddələrin kütləvi istifadəsi sağlam nəsli tükədir. Belə olan halda Rusiya sağlam, cəsarətli qafqazlılar, eləcə də digər miqrantlar hesabına öz ordusunu gücləndirir, gələcək əməliyyatlarda onlardan istifadə edə bilər”.

Politoloq qeyd edir ki, Fransada və ABŞ-da miqrantlardan ibarət orduların yaradılması təcrübəsi var.


Qeyd edək ki, Fransa Napoleon Bonapartın dövründə əhalinin azalması və Əlcəzair müharibəsində böyük itkilərin olmasına görə, 1831-ci ildə qeyri-fransızlardan ibarət xarici legionerlər yaradılıb.


Q. Hüseynli hesab edir ki, Rusiyada miqrant ordusunun yaradılması həm də onların dövlətdən asılılığını təmin edəcək. Onun sözlərinə görə, miqrantlar üzərində nəzarəti gücləndirəcək bu gediş gələcəkdə onların ruslaşdırılması ilə də nəticələnə bilər: “Rusiya bununla miqrantlar qarşısında şərt qoyur. Sən hərbi mükəlləfiyyət daşıyırsan, mən sənə vətəndaşlıq verirəm. Bununla onların Rusiya ilə bağları möhkəmləndirilir. Digər tərəfdən, bu ordudan gələcəkdə postsovet ölkələrinə qarşı da istifadə oluna bilər”.


Burada diqqətçəkən məqamlardan biri Rusiyada yaşayan azərbaycanlıların “miqrant ordusu”nda hərbi xidmət keçməsidir. Belə ki, hələ I Qarabağ savaşından sonra ordudan yayınmaq istəyənlərin üz tutduğu əsas məkan Rusiya idi. Hazırda bu hallar azalsa da, hələ də belə insanlar var. Həmin insanların müəyyən imtiyazlar qarşısında “miqrant ordusu”nda xidmət keçməsi Azərbaycan ordusunun çağırışçı potensialına təsir edə bilər.


Sabiq dövlət müşaviri hesab edir ki, bunun qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qoymaq lazımdır:
“Əgər Rusiyada hərbi xidmət qarşılığında vətəndaşlıq alan azərbaycanlı varsa, o, avtomatik olaraq Azərbaycan vətəndaşlığından çıxarılır. Bundan başqa, hərbi xidmət keçməyənlərin xaricə köçməsinə məhdudiyyətlər qoyulub. Hesab edirəm ki, bu məhdudiyyətlər daha da sərtləşdirilməlidir”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR