İsveçrə səfiri Hüseynov qardaşları barədə susdu - ÖZƏL
Bizi izləyin

Nida.az

İsveçrə səfiri Hüseynov qardaşları barədə susdu - ÖZƏL

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Eybişer (Pascal Aebischer) Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun və qardaşı olan bloger Mehman Hüseynovun ABŞ səfirliyindən İsveçrə səfirliyinə aparılması, hazırda da burada saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.

Publika.az-ın sorğusuna səfir “biz bu məsələyə şərh vermirik” şəklində cavab verib.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyində sığınacaq tapması ilə bağlı yayılan xəbərlərdən sonra Emin və Mehman Hüseynov qardaşlarının hazırda İsveçrə səfirliyində gizləndiyi deyilir. Mətbuatda yayılan məlumatlara görə, Hüseynov qardaşları avqustun 19-u gecə saatlarında ABŞ səfirliyindən çıxarılaq İsveçrə səfirliyinə aparılıb.

ABŞ səfirliyinin xahişi ilə Hüseynov qardaşlarının İsveçrənin Bakıdakı səfirliyinə aparıldığı deyilir. Göründüyü kimi, sorğumuza cavab olaraq səfirlik bu xəbəri nə təsdiq, nə də təkzib edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm