Ankaranın Qafqaza müdhiş dönüşü: Azərbaycan nə qazanacaq?
Bizi izləyin

Nida.az

Ankaranın Qafqaza müdhiş dönüşü: Azərbaycan nə qazanacaq?

Ankara ABŞ və Avropa Birliyi ölkələrindən fərqli olaraq Qafqazdakı böyük oyunda öz iştirakını nəzərə çarpacaq qədər aktivləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Politrus” internet nəşrinin Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü ilə bağlı dərc etdiyi məqaləsində bildirilir.


Nəşr yazır ki, 1991-ci ilə qədər Türkiyə bölgədən çəkilmiş vəziyyətdə idi: “Lakin SSRİ-nin dağılmasından sonra Ankara Qafqaz geosiyasətinə qayıtdı. Buna bir sıra amillər əsas yaradırdı. Xüsusilə türkdilli Azərbaycanın müstəqil respublika olması həlledici amil idi. Məhz həmin vaxtdan etibarən Türkiyə Azərbaycana, xüsusilə müdafiə sahəsində böyük dəstək göstərir. Bundan başqa, Bakı NATO ilə münasibətlərdə Ankaraya həmişə körpü kimi baxır. Qarabağ münaqişəsinin həll olunmamasını nəzərə alsaq, Cənubi Qafqazda gərginliyin artacağını proqnozlaşdırmaq asandır. Bu təhlükədən təkcə region dövlətləri deyil, NATO da narahatdır. Brüsseldə ilk növbədə Azərbaycan və Gürcüstana kömək məsələsi müzakirə edilir. Bunun həyata keçirilməsində Türkiyənin vasitəçiliyi ən optimal variantdır və lazımi məqamda uyğun müqavilələr imzalanacaq. Eyni zamanda, Ankara Bakını heç vaxt dəstəksiz qoymur. İstənilən türk siyasətçisi üçün bundan imtina problem yarada bilər. Görünür, bu dəstək rəsmi sənəd halına gətiriləcək”.

Nəşr qeyd edir ki, bu illər ərzində Ankara Bakı və Tiflisə öz yardımlarını edib.

“Ən maraqlısı isə, son proseslərin Rusiya təhlükəsinə qarşı birləşmə cəhdindən qaynaqlanmasıdır. Bir sıra analitiklər hesab edir ki, Ankaranın Qafqaza dönüşü Azərbaycanın gələcək təhlükəsizliyini möhkəmləndirəcək”, - “Politrus” internet nəşri qeyd edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm