Rusiyaya xəbərdarlıq: “Putin uduzacaq, bütövlükdə rusiyalılar uduzacaqlar”
Bizi izləyin

Nida.az

Rusiyaya xəbərdarlıq: “Putin uduzacaq, bütövlükdə rusiyalılar uduzacaqlar”

“Rusiya Ukraynaya müdaxiləsini artıq gizlətmir. Amma proseslər sonda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin məğlubiyyəti ilə nəticələnəcək”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri “Röyters” xəbər agentliyinə açıqlamasında ABŞ dövlət katibinin keçmiş köməkçisi Stroub Telbott deyib.

“Brukinqs” strateji mərkəzinə rəhbərlik edən Stroub Telbott Putinin Ukarayna ilə müharibədə qalib gəlmək şansının olmadığını bildirib.

“Biz artıq düşünməli deyilik ki, Rusiya Ukraynaya soxulsa, o halda nə olacaq? Rusiya artıq Ukraynaya soxulub. Rusiya bunu “yaşıl adamcıqlar” vasitəsilə və gizli şəkildə edirdi. Bu müdaxilə daha gizli deyil. Amma Putin uduzacaq, bütövlükdə rusiyalılar uduzacaqlar”, - S.Telbott vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm