• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Deputat Leyla Yunusun, Zərdüşt Əlizadənin və Rəhim Qazıyevin birgə törətdiyi əməllərin üstünü açdı

  • Nida.az
  • 21 Avqust 2014 14:56
  • 1 834 Baxış
Deputat Leyla Yunusun, Zərdüşt Əlizadənin və Rəhim Qazıyevin birgə törətdiyi əməllərin üstünü açdı

“Müxalifət son zamanlar Leyla Yunusu dünyanın xilaskarı, sülhün və demokratiyanın carçısı edib. Ancaq Leyla Yunus Azərbaycan dövlətinə və xalqına düşmən mövqeyi sərgiləyən adamdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Ağcabədidən seçilmiş deputatı Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Leyla Yunusun bütün fəaliyyəti Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olub:

“Mən Leyla Yunusu 1989-cu ildən tanıyıram. O dövrdə mən Ağcabədidə katib işləyirdim. 1989-cu ilin sonları idi. O vaxtı Leyla Yunus və Zərdüşt Əlizadə Ağcabədiyə gələrək ermənilərlə mübarizə aparmaqdan danışmaq əvəzinə, əksinə, insanları hakimiyyətlə mübarizəyə səsləyən bəyanatlar verirdilər. Bunun nəticəsində isə bir neçə gündən sonra Ağcabədi sakinləri ayağa qalxdı və Rəhim Qazıyevin qoşunları ilə əhali arasında toqquşma oldu. Bunun nəticəsində isə nə qədər insan öldürüldü. Əslində, həmin dövr çox həssas dövr idi və Leyla Yunus da gəlib insanlara sülhdən, ermənilərə qarşı birgə mübarizədən və sairə danışmalı idi. O isə bunların heç birini etmədi. Əksinə, yerli əhalinin o dövrdəki hakimiyyətin üzərinə qaldırdı və rayonda hərc-mərclik baş qaldırdı. Yalnız bir neçə il sonra ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi bu hərc-mərcliyin qarşısı ağıllı yollarla alındı”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR