Elmar Məmmədyarov ABŞ nümayəndəsini qəbul etdi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov ABŞ nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri ABŞ-ın Nəqliyyat komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri əməliyyatına verdiyi töhfələri yüksək qiymətləndirilib.


Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.


Nazir Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xətti və yeni Ələt dəniz limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.


General Paul Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu və xüsusilə kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.


Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm