ABŞ-ın gözlənilməz müttəfiqi – Ankara narahatdır
Bizi izləyin

Nida.az

ABŞ-ın gözlənilməz müttəfiqi – Ankara narahatdır

İraqda cihadçı “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatına qarşı döyüşə qatılan PKK özünə yeni bir rol tapıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Röyters” xəbər agentliyi PKK-nın ABŞ-ın gözlənilməz müttəfiqi olduğunu yazıb.

“Vaşinqton İŞİD-ə qarşı döyüşdə gözlənilməz bir müttəfiq qazandı. Bunlar normalda terrorçu olaraq xarakterizə edilən bir qrup döyüşçüdür. PKK 30 ildir ki, Türkiyə dövlətinə qarşı apardığı qeyri-qanuni mübarizəyə görə pislənilir. Hazırda isə İraqdakı cihadçı silahlıların məğlubiyyətə uğradılmasında önəmli rol oynayır”, - agentliyin xəbər analizində qeyd olunub.

Agentliyə danışan avropalı bir diplomat isə düşünür ki, PKK-nın İraqdakı fəaliyyəti onun Avropa Birliyinin (AB) terror siyahısından çıxarılmasına kömək edə bilər. Ancaq diplomat AB-nin Türkiyə ilə razılaşmadan PKK-nın terror təşkilatları siyahısından çıxarılmasının qeyri-mümkün olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Vatan” qəzeti maraqlı bir iddia ilə çıxış etmişdi. İddiaya görə, ABŞ-ın peşmərgələrə verdiyi “M82” snayperlərin PKK terror təşkilatına verilməsi də gündəmdədir.

“M82” snayperlərin güllələri 1800-2 min metr uçuş məsafəsinə malikdir. Silah yüngül zirehli texnikanı deşə biləcək gücdə hazırlanıb. “M82” snayperlərindən Türkiyə ordusunda da istifadə edilir. Silahların terror təşkilatı PKK-nın əlinə keçməsi isə Türkiyə üçün təhlükəsizlik baxımından böyük təhlükə kimi qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm