Müsavatla KXCP bir, Milli Şura ayrı - Elçibəyin anım günü
Bizi izləyin

Nida.az

Müsavatla KXCP bir, Milli Şura ayrı - Elçibəyin anım günü

Bu gün Azərbaycan Xalq Cəbhəsinin lideri, eks-prezident Əbülfəz Elçibəyin anım günüdür.

Publika.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu Elçibəyi ziyarət edəcəklərini açıqlayıb.

“Bu gün saat 11:00-da Fəxri Xiyabanda bəyin məzarını ziyarət edəcəyik. Bu qərarımızı Müsavat Partiyası və digər siyasi təşkilatlar dəstəkləyib. Onlar da bizimlə birgə ziyarətə qatılacaq. Ardınca anım günü ilə bağlı bir sıra tədbirlərimiz keçiriləcək. Müsavat bu tədbirlərdə də iştirak edəcək”, - X. Teyyublu bildirib.

X.Teyyublu qeyd edib ki, Milli Şura Elçibəyin məzarını ayrıca ziyarət edəcək. “Onlarla bağlı dəqiq məlumatım yoxdur. Amma bizimlə birgə olmayacaqlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Fəxri Xiyabanda liderləri gözləyirlər.

Qeyd edək ki, Ə.Elçibəy 22 avqust 2000-ci il tarixində vəfat edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm