Gürcüstanın baş nazirindən Türkiyəyə HÖRMƏTSİZLİK - FOTOLAR
Bizi izləyin

Nida.az

Gürcüstanın baş nazirindən Türkiyəyə HÖRMƏTSİZLİK - FOTOLAR

Xəbər verdiyimiz kimi, Ermənistanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 21-də Ermənistanın baş naziri Ovik Abramyanla bərabər Sisernakaberddə qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

Publika.az-ın məlumatına görə, bundan əlavə, Gürcüstanın və Ermənistanın hökumət başçıları qondarma erməni soyqırımı abidəsi üzərinə gül çələngi qoyublar.

Sonra isə İrakli Qaribaşvili “Xatirə bağı”nda küknar ağacı əkib.

Sözügedən məsələyə münasibət bildirən Gürcüstan Parlamentinin Vahid Milli Hərəkat Partiyasından təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Publika.az-a açıqlamasında baş nazir İrakli Qaribaşvilinin bu addımını pisləyib:

“Bu cür addımlar Türkiyə ilə Gürcüstan, eləcə də Azərbaycan arasında mövcud olan münasibətlərə heç zaman fayda gətirə bilməz. Müxalifət partiyasını təmsil edən azərbaycanlı millət vəkili kimi deyirəm ki, Gürcüstanın baş nazirinin bu addımı heç də yaxşı nə isə vəd etməyir. Gürcüstanın hökumət başçısının gedib Ermənistanda qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi, baş əyməsi, gül qoyması və sairə hərəkətləri biz heç cür normal qəbul edə bilmərik. Bir azərbaycanlı kimi deyirəm ki, bu heç də xoşagələn hadisə deyil. Hətta bu yaxınlarda Gürcüstan parlamentində erməni deputatlar qondarma erməni soyqırımı məsələsini qaldırmaq istəyiblər. Ancaq buna imkan verməmişik. Ancaq indi Gürcüstanın baş nazirinin gedib Ermənistanda qondarma erməni soyqırımı abidəsi önündə baş əyməsi elə bu məsələni qəbul etmək kimi bir şeydir. O, səhv edib. Gərək qondarma erməni soyqırımı abidəsini ziyarət etməzdi”.

A.Süleymanov qeyd edib ki, son ilyarım ərzində Gürcüstanda azərbaycanlılara qarşı dövlət siyasəti dəyişib:

“Mixael Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda olan azərbaycanlıların vəziyyəti daha yaxşı idi. İndi isə bu münasibət dəyişib. Mən bunu hər dəfə Gürcüstan rəhbərliyinə də çatdırıram ki, Türkiyədən sonra Azərbaycan Gürcüstana ən böyük investisiya yatıran dövlətdir. Bunu Gürcüstan xalqı yaxşı başa düşür. Ancaq çox təəssüflər olsun ki, hakimiyyət bunu anlamaq istəmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm