Eldar Namazov qurultayı iki ay sonraya saxladı
Bizi izləyin

Nida.az

Eldar Namazov qurultayı iki ay sonraya saxladı

“El” hərəkatının qurultayı oktyabr ayında keçiriləcək.

Publika.az-a açıqlamasında bu barədə hərəkatın funksioneri Eldəniz Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hazırda yekun işlərlə məşğuldur.

“Sentyabr ayından işlər daha da sürətləndiriləcək. Qurultayın keçirilməsi oktyabr ayının sonuna nəzərdə tutulub. Düşünürük ki, ona qədər heç bir problem yaranmaz və qurultay baş tutar”, - deyə hərəkat üzvü bildirib.

Qeyd edib ki, qurultayın keçiriləcəyi yer hələ dəqiq deyil.

“El” sədri Eldar Namazov Milli Şuradan istefa verəndən sonra bütün gücünü hərəkatın güclənməsinə sərf edəcəyini açıqlamışdı. Qurultayın keçirilməsi iyun ayında nəzərdə tutulsa da, bu təxirə salınmışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm