
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Ukraynanın Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu
göndərib.
Publika.az-ı məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və
bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Ukraynanı ənənəvi möhkəm dostluq və sıx əməkdaşlıq
münasibətləri birləşdirir. Ümidvaram ki, xalqlarımızın mənafelərinə
uyğun olaraq bu ənənələrin qorunub saxlanması və inkişaf
etdirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi
istiqamətində birgə səylərimizi bundan sonra da davam
etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna
xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".