Rumıniya prezidenti Avropanı dondurulmuş münaqişələri həll etməyə çağırdı
Bizi izləyin

Nida.az

Rumıniya prezidenti Avropanı dondurulmuş münaqişələri həll etməyə çağırdı

Rumıniya prezidenti Trayan Besesku təhlükəsizlik məsələlərinə dair Münhen konfransında dondurulmuş münaqişələr barədə çıxış edib. O deyib: “Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələri var. Bu münaqişələrin həlli yollarını axtarıb tapmaq lazımdır. Biz onların həlli yollarını axtarıb tapmağı özümüz üçün prioritet kimi müəyyənləşdirməliyik. Bu dondurulmuş münaqişələr birdəfəlik həll olunmalıdır.

Avropa İttifaqı ABŞ-ın köməyi ilə diplomatik imkanlara malikdir. Əgər o, bu münaqişələrin nizama salınmasını özü üçün prioritet kimi müəyyənləşdirsə, onun imkanları münaqişələri hətta “win-win” formulu üzrə, yəni bütün tərəflərin xeyrinə həll etməyə kömək edər. Amma onları həll etmək lazımdır, bu ölkələr özləri də yaxşı bilirlər ki, onların ərazilərindəki dondurulmuş münaqişələr həll olunmayınca bu ölkələrin Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur.

Rumıniya Moldovanın ərazi bütövlüyünü sözsüz dəstəkləyir. Bununla belə, bizim 5+2 formatımız var. Bu format artıq 23 ildir ki, Dnestryanı münaqişəsinin həlli barədə danışıqlar üçün platforma rolunu oynayır. Bəs nəticə nədir? Çox sadə: bütün bu 23 ildə “muxtariyyətçilər” əslində öz “dövlətçiliyini” yaradıb. İndi onların bütün dövlət təsisatları var. Biz özümüz özümüzü aldadırıq, guya Dnestryanı zona üzrə 5+2 formulu kimi beynəlxalq formatlarla, yaxud məsələn, Dağlıq Qarabağ üzrə digər çoxmillətli formatlarla problemi həll edə biləcəyik. Yox, həll edə bilməyəcəyik!

Mən bütün Qara dəniz regionu və Şərq tərəfdaşlığı proqramı ölkələrini Avropa İttifaqı istiqamətində yolu maneələrdən təmizləmək üçün dondurulmuş münaqişələrin nizama salınmasını prioritet kimi müəyyən etməyə çağırıram”.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm