Dərbənddə Qurbanovların “vurulması”nda erməni barmağı – Özəl
Bizi izləyin

Nida.az

Dərbənddə Qurbanovların “vurulması”nda erməni barmağı – Özəl

Dağıstan Muxtar Respublikasının Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı başlayan kampaniyanın arxasında erməni əli də var.

Publika.az-a Dağıstandakı mənbələrdən daxil olan özəl məlumatda Dərbənd şəhər icra hakimiyyəti başçısının icra aparatının rəhbəri, erməni əsilli Avanesov Aleksandr Ambarçumoviçin Qurbanovlar ailəsinə qarşı təxribatlar törətdiyi, onların gözdən salınması məqsədi daşıyan məlumatlar yaydığı deyilir.

Mənbə bildirir ki, şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyev bütün işləri A. Avanesovla razılaşdırılmış formada aparır. “Onun Moskvada kifayət qədər arxası var və bu əlaqələrdən istifadə edir. Özü çox riyakar və namərd adamdır. Özünü bir qədər kölgədə saxlamağa çalışsa da, bu işdə onun da əli var. Məqsəd isə odur ki, Dərbənddə hər hansı vəzifə başında azərbaycanlı olmasın. O, əslən Dərbənd ermənisidir, Moskvada yüksək əlaqələri var. Həm də İrəvanla da tez-tez təmasa keçdiyi deyilir”,- deyə mənbə bildirib.


Qeyd edək ki, bu ilin iyulun 23-də Dağıstan Muxtar Respublikasının rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırıb. Q.Qurbanov isə bu posta əhali tərəfindən seçildiyini əsas gətirərək istefa verməkdən imtina edib. Avqust ayının 8-də Dağıstan baş prokurorluğu yanında İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi icra hakimiyyətinin binasına basqın edərək 7 illik sənədləri müsadirə edib. Hazırda rayon icra hakimiyyətinin heç bir fəaliyyət göstərmədiyi deyilir.

Yayılan məlumatlara görə, Qurbanovun istefa tələbi Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi, milliyətcə ləzgi olan general-leytenant Sergey Melikov tərəfindən irəli sürülüb.
Qurbanovun qarşısına tələb qoyulub ki, keçmiş ədliyyə naziri, milliyətcə tabarasan olan Azadi Rəhimovu özünə müavin təyin etsin. Ardınca özü istefa versin və onun vəzifəsini Rəhimov icra etsin. Artıq yerli əhalini də Qurbanova qarşı qaldırırlar. Qurbanovun həbs təhlükəsi olduğu deyilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm