Müsavatçı yazarla partiya sədrləri toqquşdu – “Qıjı” qalmaqalı
Bizi izləyin

Nida.az

Müsavatçı yazarla partiya sədrləri toqquşdu – “Qıjı” qalmaqalı

Müsavat Partiyasının üzvü, hazırda mühacirətdə yaşayan Əli Əkbərin “Qrantyeyənlərin dağılan tifaqı” yazısı müxalif düşərgədə narazılıqla qarşılanıb.

Ə.Əkbər məlum yazıda qeyri-hökumət təşkilatları (QHT) ilə yazarların birliyinin alınmamasından danışır. O, bildirir ki, 1990-cı illərdə qeydiyyatsız, maneəsiz işləyən Azərbaycan QHT-ləri Gürcüstandan fərqli olaraq, publisist və yazarlarla işləməkdən qaçdılar. Onun “oyanan, ayılan, düzələn, gözü açılan vətəndaşların heç birinin sizə dəxli yoxdur. Onları nə siz QHT-lər, nə də siyasi partiyalar deyil, yazarlar, publisistlər, sənətçilər yetişdirdilər” sözləri partiyalar və siyasi təşkilatlarin hiddətini doğurub.

Əhrar Partiyasını sədri, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının qardaşı olan Vaqif Hacıbəyli Ə.Əkbərin fikirlərinə “həmişəki kimi, yazdıqlarında həqiqət payı da var, başından böyük danışmaq da. Qardaş, bir az yavaşla da. Abrımıza qısılmışıq, dinmirik deyə, lap “xod” gedirsiniz” deyə reaksiya verib.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli isə məqaləni normal hesab etsə də, dilinin tərbiyəsiz olduğunu bildirib.

“Üslubu isə “qıjıdır”. Yəni, ondan heç vaxt mütəfəkkir olmayacaq, sadəcə, tarixdə epotaj düşkünü kimi qalacaq. Bu da lazımdır. Qınamıram. İnsanda dərin komplekslər var. Anlayıram. “Hürmək” sözündən çox istifadə etməsi dərin kompleksin nəticəsidir. Sadəcə, heyif. Talantını insanları düşündürməyə sərf etməsi daha yararlı olardı. Qıcıq heç də həmişə düşüncəyə cığır açmır”, - deyə REAL rəsmisi Ə.Əkbəri ittiham edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm